Atəş Uşaq Studiyası

Bakının yüksək keyfiyyətli multukultural, ailə yönümlü, Uşaqlar üçün Erkən Tədris Mərkəzi

IMG_0617

 

2-5 yaşlı uşaqlar tam və ya yarımgünlük təlim imkanlarına malikdir

  • İdrakın İnkişafı:  Məktəbə hazırlıq dərsləri keçilir və dərslər hekayə, nəğmə, əmək, barmaq oyunları, geyimlər və  duyğu üzvlərinin istifadəsi kimi müxtəlif praktiki məşğələlər vasitəsilə möhkəmləndirilir.
  • Dilin Mənimsənilməsi: Doğma ana dili İngilis, Rus və Azərbaycan dili olan müəllimlər gündəlik olaraq hazırlanmış dərsləri xüsusi yaradıcı şəkildə tədris edir.  Öyrənmə prosesi isə fərqli multikultural mühitdə yaranan dostluq vasitəsilə surətlənir.
  • Xüsusi hazırlanmış Oyunlar: Zehni, sosial və emosional inkişafa kömək olan oyuncaqlar və oyunlar vasitəsilə uşaqlar öyrənir və inkişaf edirlər.
  • Fiziki İnkişaf: Modern oyun sahəsinə girişlə uşaqlar gündəlik olaraq təhlükəsiz və əyləncəli mühitdə oyunlar oynayır və idman edirlər.

 

IMG_0502

Multikultural mühit dili öyrənməyi asanlaşdırır

Uşaq Studiyası Dil Vərdişlərinə xüsusi diqqət yetirməklə uşaqların hərtərəfli inkişafına sistemli yanaşma tətbiq edir. Uşaqlar xüsusi təlim keçmiş, öyrədilən dilin doğma daşıyıcısı olan müəllimlərlə sosial, təhsil və fiziki nöqteyi-nəzərdən inkişaf edirlər.

Dərslər hər gün İngilis, Rus və Azərbaycan dillərində keçirilir. Daha sonra uşaqların öyrəndikləri materiallar  maraqlı oyunlar vasitəsi ilə möhkəmləndirilir. Müxtəlif ölkələrdən olan uşaqlarla birlikdə vaxt keçirmək uşaqların dil vərdişlərinin inkişafına müsbət təsir edir.

IMG_0506

 

Qərb kurikulumu, təlim və əyləncəni inteqrasiya edir

Bizim dərs proqramı dil dərslərindən, yaradıcı vaxtdan və xüsusi təşkil edilmiş oyunların vəhdətindən ibarətdir. Bizim maraqlı və inkişafetdirici kurikulum uşaqlara akademik qavrama qabiliyyətləri qazanmağa kömək edir, onların inkişafina dəstək olan hər bir duyğu üzvünün praktik məşğələlərlə təkmilləşməsinə kömək olur.

Mövzulara oxu, riyaziyyat, elm, cəmiyyətdən xəbərdar olma və daha çox şeylər daxildir!

Bizim təcrübəli müəllimlərimiz uşaqları sevir və qlobal liderlərin növbəti nəslini yetişdirməkdə yardım edir və bundan qürur duyurlar.

Biz Valideynlərimizə dəyər veririk!

Uşaq Sudiyası valideynlər ilə müəllimlər arasında mütəmadi və açıq ünsiyyəti vacib hesab edir və aylıq Valideyn İclası təşkil edir. Uşaqların öyrəndiklərini  haqqında Valideynlərə məlumat verilir.

Gənc ailələlərin aktual ehtiyaclarının ödənilməsinə kömək etmək üçün səriştəli təlimçilər tərəfindən həvəsləndirmə məqsədilə Ailə Təlim Seminarları və Analar üçün xüsusi Tədbirlər də təklif olunur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s